Sayt haqqında
Marketing Romanları bir marketinq bloqu deyil. Daha doğrusu, sadəcə marketinq bloqu deyil. Burada hazır düsturlar, "10 addımda uğur" siyahıları axtarmırsansa, doğru yerdəsən. Bura düşüncələrin, hekayələrin və ideyaların yığıldığı bir yerdir.
Kim yazır?
Mən Elxan İsayev, illərdir marketinqin içindəyəm, amma bir sahədə dayanmadım. E-ticarətdə milyon dollarlıq satışlar etdim, fiziki bir işlətmə açdım, sosial mediada məzmun çəkdim. Hərəsindən nəsə öyrəndim, hərəsində bir şey sınadım, bəzən uğurlu oldu, bəzən yox. Bu bloq da elə həmin davamlı sınaqların yazılı halıdır.
Bu bloq niyə var?
Çünki marketinq mənim üçün quru bir strategiya deyil, hər dəfə fərqli yerə çıxan bir hekayədir. İnternetdə kifayət qədər ümumi məsləhət var; mən əvəzinə real rəqəmləri, real qərarları və real nəticələri (uğurlu olsun-olmasın) səninlə bölüşmək istəyirəm. Burada oxuduğun hər şey ya mənim öz cibimdən çıxan pulla, ya öz vaxtımla sınanıb.
Əgər sən də sınamaqdan qorxmayan, hazır cavabdan çox real hekayələrə önəm verən birisənsə, email siyahısına qoşul. Sualın, fikrin varsa, hər zaman cavab yaz, bu bloq təkbaşına yox, birlikdə yazılır.