Geyim mağazaları üçün hər ay minlərlə manat icarə haqqı vermək dövrü bitdi!
Hal-hazırda onlayn ticarət yüksək dərəcədə artır; 2020-ci il ilə müqayisədə Azərbaycanda 22 dəfədən çox artıb və artmağa da davam edir. Amma baxdıqda görürük ki, əksər geyim mağazaları hələ də sadəcə İnstaqram üzərindən mesajlaşma vasitəsilə satış etməyə davam edir və bir anda sosial media hesabları bağlandıqda dükanı bağlayıb gedirlər. Bu kimi hallar normaldır, çünki sosial media nəzarəti gücləndirilir və məzmuna zidd halların qarşısı alındığı üçün sadəcə İnstaqram və ya TikTok üzərindən mağazanızın davam edəcəyini düşünmək sadəcə axmaqlıqdır.Bəs nə etməliyik? İlk öncə mağazanız üçün veb-sayt yaradın. Artıq minlərlə manat verərək şirkətiniz üçün veb-sayt yaratmağa ehtiyac yoxdur. İstədiyiniz bir altyapı proqramlarından birini seçirsiniz və proqram daxilindəki şablonlardan biri üzərində öz mağazanızı yaradırsınız.Yaxşı, bəs bu, bir sahibkara nə verir? İlk öncə, aylıq minlərlə manat kirayə ödəməkdən xilas olursunuz, əvəzində bu pulu reklamlara ayırırsınız. İkincisi, biznesiniz sosial mediadan asılı qalmır, rəqəmsalda da bir mağazanız olmuş olur. Ən böyük gətirisi isə odur ki, artıq müştərilərinizi itirmirsiniz.Gəlin bunu sizə real bir keys üzərindən göstərim. Bir müştəri mağazanıza yaxınlaşır və sizdən bir şey bəyənir, ancaq almadan dükandan çıxır. Budur, müştərini geri gətirmək üçün siz heç nə edə bilməzsiniz (təbii ki, qolundan tutub saxlamayacaqsınızsa).Gəlin bunu bir veb-mağazanız olduğunu düşünərək izləyək və orada bu halın necə yaşandığına baxaq. Veb-mağazanız olduqda, mağaza daxilində qurulan proqramlar sayəsində istənilən bir insan mağazanıza daxil olduqda, siz onun hansı məhsula diqqət yetirdiyini, hansı məhsulu səbətə əlavə etdiyini, hansının ödəmə mərhələsinə qədər getdiyini və başqa nə etmək istədiyini aydın şəkildə görə bilirsiniz. Hətta müxtəlif endirim təşviqlərini vizual olaraq göstərərək onun əlaqə məlumatlarını da əldə etmiş olursunuz. Piksellər sayəsində siz o müştərinin xarakterini bir növ analiz edirsiniz və rəqəmsal reklamlarınız o müştərini heç bir zaman buraxmır. Həmçinin siz müştərinin veb-mağazanızda nələr etdiyini real və canlı olaraq izləyə bilirsiniz. Əldə etdiyiniz məlumatlar əsasında isə mağazanızda nələrin düzəliş edilməsi gərəkdiyini görürsünüz.Mən sadəcə bir veb-mağazanın yalnız bir bölümünü izah etdim. Əgər 1 müştəri bir dəfə alış-veriş etsə, onun sizə gətirəcəyi X sayındakı müştəriləri hələ izah etmədim. Bir sonrakı bloq yazımda veb-mağazanızda ilk 100 müştərinizə necə çatmalı olduğunuzu izah edəcəm. Məlumat almaq üçün veb-saytıma abunə olmağı unutmayın.