İlk Həftədən Nişi Dəqiq Seçmək Məcburidirmi? E-ticarət' Düzgün Başlanğıc nöktəsi
Hər Şey Mükəmməl Olmalıdır Fikri
Yeni e-ticarət mağazası açanların çoxu eyni sualı verir: "İlk həftədən hansı nişlə irəliləyəcəyimə dəqiq qərar verməliyəmmi?"
Cavab qısadır: XEYR, məcbur deyilsiniz. Bu yazıda niş seçimini necə sadələşdirəcəyinizi, nə vaxt dəqiq qərar verməli olduğunuzu və ilk satışa necə daha tez çatacağınızı addım-addım izah edirəm. Bu yolu özüm də keçmişəm, ona görə də nəyi necə etməlisiniz deyə yazıram.
Birinci Həftədə Niş Seçmək Məcburi Deyil
İlk həftədə bir nişi qəti seçməyiniz lazım deyil. Eyni anda bir neçə nişdə ürün araşdırması apara bilərsiniz.
Bunun üç faydası var:
- Fərqli nişləri görərək daha geniş baxış qazanırsınız.
- Nişləri bir-biri ilə müqayisə edib daha düzgün qərar verəcəksiniz.
- Tələsik seçim edib sonradan peşman olma riskiniz azalır.
Maraqlandığınız bir neçə niş varsa, birini dərhal seçmək əvəzinə hamısında araşdırma aparın.

Çox Düşünmək Yox, Hərəkət Etmək lazımdır
Bu işdə düzgün seçim etmək üçün daim düşünmək lazım deyil, anında hərəkətə keçmək lazımdır.
Bəlkə siz də belə edirsiniz: səhərdən axşama qədər hələ bircə satışı olmayan mağaza üçün marka strategiyası qurur, niş seçir, onlarla məhsul test etməyi planlayırsınız. Nəticə? Beyniniz yorulur və bir müddət sonra hər şeyi yarıda buraxırsınız.
Mən bu yoldan keçmişəm və sizə deyə biləcəyim yeganə şey budur: bunu etməyin. Planlaşdırma ilə məşğul olmaq özünüzü işləyirmiş kimi hiss etdirir, amma satış gətirmir. Satışı yalnız real test gətirir.
Ads Library ilə Araşdırmaya Necə Başlamalı?
Ən sadə başlanğıc belədir: kompüteri açın, Meta Ads Library-yə daxil olun və araşdırmağa başlayın. Bunun üçün xüsusi səbəbə ehtiyacınız yoxdur. Sadəcə baxın:
- İnsanlar nə satır?
- Hansı məhsulları reklam edirlər?
- Bu məhsulu mən sata bilərəm mi?

Bunu bir həftə davam etdirin. Özünüz görəcəksiniz ki, nəyi və nə üçün axtarmalı olduğunuzu artıq bilirsiniz.
Burada əsas məsələ bunu vərdiş halına salmaqdır. Hər gün 1-2 saatınızı yalnız araşdırmaya ayırın.
Nişi Nə Vaxt Dəqiqləşdirməlisiniz?
Gəlin bir nümunəyə baxaq. Fərz edək ki, bir məhsul test etdiniz və bu, ayaqqabıdır. İlk həftəniz uğurlu keçdi, ilk 3 ayınız da yaxşı getdi. İndi nişi dəqiqləşdirmək vaxtı gəlib çatır. Bunun üçün iki şeyə baxın.
Birinci meyar: Variasiyalar (Bundle) reklamsız satılırmı?
Eyni keyfiyyətdə, amma fərqli rəngdə bir ayaqqabı və ya fərqli dizaynlı yeni bir model yüklədiniz. Reklam etmədən belə, ən yaxşı məhsulunuzla birlikdə alınırmı? Əgər az da olsa alınırsa, bu yaxşı göstəricidir. Deməli, müştərilər mağazanızı yalnız bir məhsul üçün yox, bütövlükdə bəyənir.
İkinci meyar: Geri qayıdan müştəri nisbəti (Return Customer)
Sonra geri qayıdan müştəri nisbətinizə baxın. Əgər aylıq 10 faizdən yüksəkdirsə, bu nişdə mağazanızı artıq fərqli məhsullarla çeşitliyi artıra bilərsiniz.

Bu iki göstərici müsbət deyilsə, motivasiyanızın arxasınca gedib gücünüzü tükətməyin. Əvvəlcə mövcud məhsulu və təklifi təkmilləşdirin. O da işə yaramadısa bu o deməkdir ki hal hazırda satdığınız məhsulu ola bildiyincə çox satın və qazancınızı Niş mağazaya çevrilə biləcək yeni lahiyələrə yatırın. Yuxarıda yazdığım meyarlara cavab verməyən mağazanı Niş mağazaya çevirməyə zaman sərf etməyin, bütün qazancınızı və vaxtınızı itirəcəksiniz.
Müştərisiz Marka Olmur
Bunu açıq demək lazımdır: müəyyən müştəriniz olmadan marka ola bilməzsiniz. Sifarişləriniz olmadan nəyin yaxşı, nəyin pis getdiyini də bilmirsiniz.
Siz Zara deyilsiniz, ya da hər hansı lüks brend. Arzuladığınız markanın xəyalını qurarkən, həmin brendlər insanların qarşısına hər saniyə çıxır. Onların tanınmışlığı illər boyu qurulub. Sizin ilk vəzifəniz isə daha sadədir: satış almaq.
Məntiq belədir: satış gələndə nə işlədiyini öyrənirsiniz, nə işlədiyini bildikdə isə marka onun üzərində qurulur.
Sadə Yol Xəritəsi: Tək Məhsul, Tək Məqsəd
Yol sadədir dosdum:
- Tək bir məhsulla başlayın.
- Yeganə məqsədiniz satış almaq olsun.
- Mənfəətlə davam etdiyinizi gördükdə müştəri sayını artırmağa baxın.
- Müştəri sayı artdıqca məhsul çeşidini genişləndirin.
- Hər uğurlu testdən sonra keyfiyyəti yüksəldin.
Bu ardıcıllıqla irəlilədikdə öz nişinizdə güclü mövqe qazanacaqsınız.
Birinci həftədə niş seçmək məcburi deyil. Əsas olan düşüncədə ilişib qalmamaq, hər gün bir az araşdırmaq və ilk satışı almaqdır. Bir məhsulla başlayın, nəticələrə baxın, təkrar müştəri nisbətini izləyin və yalnız sonra çeşidi genişləndirin.
Bu cür praktik və təcrübəyə əsaslanan məzmunları qaçırmamaq istəyirsinizsə, bloqumuza abunə olun. Növbəti yazılarda ürün testi, Ads Library araşdırması və ilk satışa gedən yol barədə daha ətraflı danışacağıq.