UK LTD vs USA LLC: E-commerce mağazanızı hansında qurmalısınız? 🛍️
Gəlin bir analogiya ilə başlayaq
Biznesinizi magistral yollarda sürməli olduğunuz bir avtomobil kimi düşünün. Onu qanuna uyğun şəkildə yola çıxarmaq üçün dövlət nömrə nişanına ehtiyacınız var. Çünki bu, avtomobilin qeydiyyatdan keçdiyini, sığortalandığını və yollarda hərəkət etməyə icazəli olduğunu göstərir. Bu olmadan texniki olaraq avtomobili sürə bilərsiniz, amma risk altındasınız: nəsə səhv getdiyi anda maşınla sağollaşmalı və cərimələr ilə salamlaşmalı olacaqsınız.
UK LTD və ya USA LLC biznesinizin dövlət nömrə nişanıdır. Bu, sizi şəxs olaraq biznesinizdən ayıran hüquqi qeydiyyatdır. Eyni zamanda, biznes bank hesabı açmağın da qapısını açır. Əgər Stripe/Shopify Payments-dən istifadə etmək, ödəniş almaq və ya təchizatçılara ödəniş edəcəksinizsə bu vacibdir.
Aşağıdakı şəkilə baxaraq tam ne demək istədiyimi anlaya bilərsiniz.

Əsas üstünlüklər
UK LTD:
- £50,000-a qədər mənfəət üçün Corporation Tax cəmi 19% təşkil edir
- UK LTD-ni adətən Companies House üzərindən onlayn olaraq 24–48 saat ərzində qeydiyyatdan keçirmək mümkündür. Və ya İngilətərə Limited şirkətinə müraciət edərək şirkət hesabının açılması üçün yardım ala bilərsiniz.
- UK şirkətləri Klarna, həmçinin Shopify Payments və Wise kimi bankçılıq və ödəniş həllərinə asan çıxış əldə edir.
USA LLC:
- Vergi baxımından uyğun qurulduqda, federal səviyyədə şirkətin özündə korporativ vergi olmur, mənfəət birbaşa sizə, yəni şəxsən sizə ötürülür (solo təsisçilər üçün əlverişli ola bilər, amma ABŞ rezidenti olmayanlar üçün vergi hesabatları daha mürəkkəbdir).
- Delaware və Wyoming kimi ştatlar aşağı və ya sıfır ştat gəlir vergisi və nisbətən sadə illik hesabat tələblərinə görə seçilir.
- ABŞ bazarında satış edəcəyiniz zaman Amerikada bir LLC şirkəti açmağınız məqsədə uyğundur və Stripe, PayPal və böyük ABŞ marketplace-lərinə çıxış verə bilər.
- Vergi nöməriniz (EİN) çıxmadan işə başlaya bilməzsiniz və bu da 1 ay vaxt alır.

Addım-addım: Hər birini necə aça bilərsiniz?
UK LTD açmaq:
- Unikal şirkət adı seçin və onun Companies House-da mövcudluğunu yoxlayın.
- Onlayn qeydiyyatdan keçin (təxminən £50, müraciətin göndərilməsi bir neçə dəqiqə çəkir).
- Özünüzü direktor təyin edin və şəxsiyyət vəsiqəsi + ünvan məlumatlarını təqdim edin.
- Şirkətin qeydiyyat şəhadətnaməsini (Certificate of Incorporation) alın, adətən 24–48 saat ərzində.
- Biznes bank hesabı açın (Wise)
- Ticarət fəaliyyətinə başladıqdan sonra 3 ay ərzində HMRC-də Corporation Tax üçün qeydiyyatdan keçin.
- Not: Mən özüm İngiltərə Limited ilə şirkət açılışını etmişəm. Reklam deyil, Tövsiyyədir. Müraciət edirsiniz onlar sizin üçün lazımi hər şeyi edəcəklər.
USA LLC açmaq:
- Ştatınızı seçin (Delaware və Wyoming ABŞ rezidenti olmayanlar üçün ən çox seçilən variantlardandır).
- Ştat üzrə Articles of Organization sənədini təqdim edin, bunu onlayn və ya şirkət yaratma xidməti vasitəsilə etmək mümkündür.
- IRS-dən EIN (Employer Identification Number) alın , 1 Ay çəkir təxminən
- ABŞ biznes bank hesabı açın (Mercury)
- Bütün bunlarla məşğul olmamaq üçün ən yaxşı tövsiyyəm Online consalting xidmətindən istifadə edərək açın şirkətinizi.
Bütün bunların real həyatda necə işlədiyinə gəlin baxaq 👇
1. Avropaya satış edən dropshipper:
Elxan Fransa və Almaniyadakı müştərilərə Eynək satmaq istəyir. O, UK LTD açır, çünki bu struktur Klarna və Shopify Payments ilə rahat inteqrasiya olunur ve Elxan bilir ki Almaniyadakı müştərilərin əksəriyyəti ödənişləri klarna ilə edirlər və əgər mağazasında Klarna aktivdirsə o daha çox satış ala bilər. Həmçinin yeni başladığı üçün şirkət xərclərini minimum tutmaq istəyir
2. ABŞ bazarını hədəfləyən Print-on-Demand satıcısı:
Kamran qrafik dizaynlı köynəklər hazırlayır və əsasən ABŞ-dakı müştərilərə Etsy və Shopify üzərindən satır. O, Wyoming-də USA LLC açır, çünki bu ona ABŞ biznes bank hesabı, ABŞ əsaslı Stripe çıxışı və amerikalı alıcılar qarşısında yerli biznes imici qazandırır. Kamranın sərmayəsi var və Amerikada rahatlıqla sata biləcəyini düşünür və onun üçün ən yaxşı seçim ABŞ da LLC şirkəti açmaqdır.
Ən çox yayılmış YANLIŞ fikirlər (Gəlin bunları aydınlaşdıraq)
“UK/ABŞ-da şirkət açmaq üçün orada yaşamalıyam.”
Yanlışdır — hər iki ölkə qeyri-rezidentlərin uzaqdan şirkət qeydiyyatdan keçirməsinə icazə verir. Başlamaq üçün viza və ya yerli yaşayış ünvanına ehtiyacınız yoxdur. Sanal ofis ünvanı kifayətdir bunu da agentliklər təmin edir.
“Şirkəti açmaq ən çətin hissədir.”
Ən asan hissə məhz budur. Əsl çətinlik, xüsusilə ABŞ LLC üçün bank hesabı açmaqdır. Bir çox bank ABŞ-da fiziki və ya biznes mövcudluğuna dair sübut tələb edir. Buna görə Wise, Mercury və ya Payoneer kimi bankları seçin.
“Şirkəti açdım, artıq hər şey bitdi — bundan sonra sənədləşmə yoxdur.”
Tam olaraq belə deyil. Hər iki struktur davamlı hesabat və sənədləşmə tələb edir: UK LTD-lər illik hesablarını və Confirmation Statement sənədini təqdim etməlidir; ABŞ LLC-lər isə adətən illik ştat hesabatlarına və qeyri-rezident olduğunuz halda Form 5472 kimi IRS sənədlərinə ehtiyac duyurlar.
“Vergilər baxımından hansı ölkəni seçməyimin fərqi yoxdur.”
Əksinə, bunun böyük əhəmiyyəti var. Effektiv vergi dərəcəniz, hansı xərclərin vergi baxımından çıxıla bilməsi və mənfəəti şirkətdən necə çıxara biləcəyiniz böyük ölçüdə şirkətin harada qeydiyyatdan keçməsindən asılıdır. Buna görə şirkəti qeydiyyatdan keçirməzdən əvvəl bu qərar üzərində düşünməyə dəyər.
Qısa bir qeyd: Vergi dərəcələri və qaydalar zamanla dəyişə bilər və sizin üçün ən uyğun struktur şəxsi vəziyyətinizdən asılıdır. Buna görə bu yazı ümumi məlumat xarakteri daşıyır və vergi və ya hüquqi məsləhət deyil.